• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 10.01.2020 12:09

Dəhşətli qətl: Bıçaqladı, üzərindən avtomobillə keçdi

KepezTV Player

İmişli rayonunda qətl hadisəsi törədilib. Belə ki, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ərazisindən keçən hissəsində "QAZ-3110" markalı avtomobilin çaya düşməsi ilə bağlı məlumat daxil olub. Avtomobilin İmişli şəhər sakini 39 yaşlı Zaur Əzizova məxsus olduğu və onun qətlə yetirildiyi məlum olub. Zaur Əzizovla tanışı İmişli sakini 26 yaşlı Elmin Quliyev arasında pul üstündə mübahisə yaranıb. Zaur əlindəki bıçaqla Elminə bıçaq xəsarətləri yetirib. Daha sonra Elmin bıçağı Zaurdan alaraq ona qarın və baş nahiyəsindən zərbə endirib. Zaurun ölmədiyini görən Elmin birinciyə məxsus avtomobillə onun üzərindən keçərək öldürüb. Daha sonra meyiti yaxınlıqdakı kolluğun içərisinə atıb. Həmçinin Elmin Zaura məxsus avtomobili hadisə yerindən 1 km aralı məsafədə Kür çayına ataraq ərazidən uzaqlaşıb.  Cəsəd məhkəmə tibbi ekspertizaya təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, hadisədə şübhəli bilinən Elmin Quliyev saxlanılıb.