• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 10.01.2020 11:01

Renault Espace miniveni yenilənib

Renault yenilənən Espace minivenini təqdim edib. Model dizaynı dəyişdirilmiş bamperlərə sahib olub. Bundan başqa, Espace miniveni fransız markasının adaptiv matrisa fənərləri ilə təchiz edilən ilk modeli olub.

Salonda baş vermiş bütün yeniliklər ön paneldə cəmlənib: kiçik ekrandan və kənarlardakı şkalalardan ibarət olan cihazlar paneli yerini geniş formatlı 10,2-düymlük displeyə verib. Tənzimlənən görüntüsü olan displeydə çəkilmiş şkalaları rəqəmlərlə əvəz etmək və ya naviqasiya xəritəsini önə çıxarmaq mümkündür. İqlim sisteminin idarəolunması isə əksinə ənənəvi düymələr blokuna malik olub. EasyLink multimedia sistemi də yenilənmiş interfeyslə təchiz edilib:  yeni interfeys Apple CarPlay və Android Auto tətbiqlərini, həmçinin söyləmə funksiyası olan Google naviqasiyasını dəstəkləyir.

Renault Espace modelinin mühərrik çeşidi bir il bundan öncə Euro 6d-Temp ekoloji normala keçid ilə əlaqədar olaraq yenilənsə də hazırda onu 225 at qüvvəli 1,8-litrlik TCe turbomühərriki və 7-pilləli preselektiv "robotla", həmçinin 160 və ya 200 at qüvvəli 2,0-litrlik Blue dCi turbodizeli və 6-pilləli ikimuftalı "robot" ilə sifariş etmək olar. Ötürmə ənənəvi olaraq ön oxadır. Əlavə ödənişlə, tam idarələnən 4Control şassisini də sifariş etmək mümkündür.