• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 09.01.2020 20:40

Müasir dövrün tələbi

KepezTV Player

Hazırda yaşından asılı olmayaraq, hər kəs baxımlı görünmək istəyir. Bunu kiçik yaşlarından adət halına çevirənlər arasında daha çox oğlan uşaqları üstünlük təşkil edir. Onlar dəbə ayaq uydurmaq üçün saçda müxtəlif fiqurlar, şəkillər çəkdirir, fərqli düzümlər etdirirlər.

Bəs görəsən, bu dəb hardan yaranıb? Artan maraq nə ilə bağlıdır?

Azyaşlılar arasında fərqli saç kəsimi ilə kifayətlənməyib, stilində nəzərə çarpacaq dəyişiklik etmək istəyənlər də var. Onlar xüsusi günlərdə libasa uyğun obrazı tamamlamaq üçün bəzən saç rəngini belə dəyişdirirlər. Bu zaman isə ustalar kimyəvi boyalarla müqayisədə, daha az zərərli sprey boyalardan istifadə edirlər.Sadalanan xidmətlərdən yararlanmaq istəyənlər şəhərin müxtəlif salonlarında minimum 5, maksimum 10 azn-lərindən keçməli olurlar.