• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 09.01.2020 20:42

Antivirusun ilkin versiyası təqdim olunacaq

KepezTV Player

Bu ilin I rübünün sonunadək Azərbaycan proqramçılarının yaratdığı antivirus proqramının ilkin versiyasının təqdimatı keçiriləcək. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, söhbət multifunksional zərərli kompüter proqramlarının analizi proqramından gedir ki, burada mövcud baza üzrə zərərli proqramların axtarışı təmin olunub. MAP virusların aşkar edilməsi, aktiv proseslərin təhlili, şübhə doğuran proqram və fayllara bağlı hesabatların hazırlanması, valideyn nəzarəti və s. modullarla təchiz olunacaq.