• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1286
— 09.01.2020 20:38

8 ailə üçün yeni bina

KepezTV Player

Dəliməmmədli şəhərində qəzalı vəziyyətdə olan çoxmərtəbəli bina yenisi ilə əvəzlənir. Ölkə başçısının tapşırığına uyğun olaraq Goranboyda 40-a yaxın aztəminatlı vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasına imkan yaradacaq tikilinin bu il təhvil verilməsi nəzərdə tutulur.

Solmaz Məmmədova  sakin:1987-ci ildən mən komunalda işlədiyimə görə buranı bizə yaşayış yeri kimi veriblər, burda yaşayıram. Evlərimiz qəzalı vəziyyətdədir. Yağış yağanda içəri dolur, yaşaya bilmirik. Evlərin aynaları yoxdu.

İki mərtəbəli 8 mənzilli  bu bina ötən əsrin 50-ci illərində tikilib. Binada Dəliməmmədli şəhəri komunal müəssisələr kombinatında çalışan 8 imkansız ailə yaşayır. Ötən müddətdə heç bir təmir işləri aparılmayan tikili qəzalı vəziyyətdədir. 40-a yaxın sakinin yaşadığı binanın dam örütüyü tamami ilə dağılıb, tavanı çöküb.

Nazim Məmmədov sakin:Hazırda istifadə müddətini başa vurub. Çox pis şəraitdədir. Qazı işığı yaxşı vəziyyətdə deyil. Yaşamaq çətindi, su damır hər yerdən otaqlar qarnlıq vəziyyətdədir.

8 ailənin qaranlıq günlərinin işıqlı sabahı elə də uzaqda deyil. Artıq Dəliməmmədlidə yeni binanın inşasına başlanılıb. Layihəyə uyğun olaraq bina 2 mərtəbəli 8 mənzilli olacaq. Binanın zirzəmisi və birinci mərtəbənin beton işləri başa çatıb. İkinci mərtəbənin beton işləri isə yekunlaşmaq üzrədir. 216 kv m ərazidə inşa olunan tikilinin mənzilləri 2 otaqlıdır. Beton işləri başa çatdıqdan sonra burada arakəsmə hörügülərinə başlanılıacaq.

Bəxtiyar Bayramov iş icraçısı:Hazırda yaşayışı qeyri mümkün olan insan üçün tikilir. Prezidentin göstərişi ilə, rayon icra hakimiyyətinin xətti ilə inşa olunur. Ərazidə 1 ədəd içməli su anbarı, 1 ədəd yanğından mühafizə su anbarı, çirkab anbarı və nasos stansiya nəzərdə tutulub. Döşəmələr laklanacaq, pəncərələr plastik olacaq və müasir tələblərə cavab olan istilik sistemi olacaq.İşlər layihəyə uyğun dövlət standartlarına uyğun görülür.

Bu ilin ortalarına təhvil verilməsi nəzərdə tutulan tikilidə 20-ə yaxın canlı qüvvə çalışır. Tikinti işləri başa çatdıqdan sonra ətraf ərazi abadlaşdırılacaq və insanların istirahəti üçün şərait yaradılacaq, idman meydançası da inşa ediləcək.