• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 09.01.2020 21:35

Deputatlığa namizədlərin sayı 689 nəfərə çatıb

KepezTV Player

Fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkisində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib. Onlardan 689-nun namizədliyi qeydə alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib. Məzahir Pənahov dairə seçki komisiyalarına xəbərdarlıq edib. Deyib ki, deputatlığa namizədlər üçün sənəd  qəbulu sabah saat 18:00-da başa çatacaq. Bu vaxtadək bütün müraciətlər mütləq təmin edilməlidir.

Məzahir Pənahov MSK sədri: Mən seçki komisiyalarını nəzərdə tuturam. O öz hüququnu, borcunu qanuna uyğun yerinə yetirmirsə və kimsə də bunu ona isbat edə bilirsə o öz vəzifəsini qanunun tələbinə uyğun həyata keçirmir onda biz digər tərəfin yanında olacayıq. Onun borcudur yerinə yetirmək.