• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2195
— 09.01.2020 21:25

"Nərmin cinayəti" dövlət başçısının nəzarətindədir

KepezTV Player

Tovuzda 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi ilə bağlı cinayət prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Bu barədə Baş Prokurorluqda keçirilən müşavirədə məlumat verilib. Bildirilib ki, dövlət başçısının xüsusi nəzarətində olan və ictimaiyyəti narahat edən Dondar Quşçu kənd sakininin qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə həyata keçirilən intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin gücləndirilərək qısa vaxt ərzində qanlı əməli törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməklə məsuliyyətə cəlb edilmələri ilə bağlı konkret tapşırıqlar verilib.