• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 08.01.2020 19:59

Yaşın fərqi var ki?

KepezTV Player

Hazırda böyük yaş fərqi olan cütlüklər arasında bağlanan nikahların sayı artmaqdadır. Belə evliliklərdə, əksərən kişilərin yaşının qadınlardan xeyli çox olduğu müşahidə olunur. Ancaq qadınların özlərindən yaşca kiçik olan kişilərlə izdivac qurma hallarını da danmaq olmaz. Bəs maraqlıdır, bu vəziyyət gələcəkdə nə kimi ailə problemlərinə yol aça bilər? Evlilikdə ideal yaş fərqi neçə olmalıdır?

Ekspertlər hesab edir ki, bu məsələdə hər şey fərdi xarakter daşıyır. Amma bununla belə, nikahda qadınla kişi arasında ideal hesab olunan yaş fərqi də var.

Xanımların özündən yaşca böyük bəylərlə ailə qurmaq istəyi normal qarşılansa da, əks addım nədənsə cəmiyyət tərəfindən qınanılır. Lakin yenə də təsadüfi hal istisna olmaqla, bilərəkdən yaşca kiçik kişilərə meyl edən qadınlar da kifayət qədərdir. Qəribəsi isə odur ki, tarix boyu tənqid edilən bu situasiya günümüzdə də qəbul edilmir.

Qadınlarla müqayisədə əks cinsin nümayəndələrində psixoloji inkişafın daha ləng getməsi evlilik kimi, ciddi seçimə təsir edən əsas məqamlardandır. Təbii ki, burada uşaqlıq dönəmində alınan travmanın da xüsusi çəkisi var. Amma istənilən halda, tək fizioloji yaşı deyil, ailə qurulacaq şəxsin intellekt səviyyəsi, zəkası və dünya görüşü kimi vacib insani keyfiyyətləri də mütləq nəzərə alınmalıdır.