• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2326
— 08.01.2020 20:24

8200 abonent sudan fasiləsiz istifadə edir

KepezTV Player

Ötən il 240 km su xəttinin çəkilməsi, 180 km kanalzasiya xəttinin isə kollektora qoşulması nəticəsində əhaliyə göstərilən su-kanalizasiya xidməti bir qədər yaxşılaşdırılırb. İndi Gəncədə 8200 ailə içməli sudan istifadə edə bilir. Sistemi yenilənməsi istiqamətində işlər davam etdirilir.

Ötən il Gəncədə Su və Kanalzasiya sisteminin yenilənməsi layihəsinə uyğun olaraq 3800 abonentin mənzilinə yeni xətt çəkilib. Nəticədə əhalinin sudan istifadə imkanları yaxşılaşdırılırb.

Əli Məmmədov - sakin: Əvvəllər suyumuz gəlmirdi, az gəlirdi. Yarım saat gələn kimi kəsilirdi. İndi suymuz yaxşı gəlir. Nə vaxt açdın suyumuz var. Kanalzasiya da qoşulub, bu da təmizlikdi.

Elxan Mamedov - sakin: Qabaqlar suyu maşından alırdıq, çatdıra bilmirdik. Artezian yanırdı əziyyət çəkirdik. İndi çox sağ olsunlar, su ilə təminat yaxşıdır.

Ötən il layihə çərçivəsində Şəmkirçay və Qızılqaya su mənbələrindən gələn 820 mm-lik polad boruların çəkilişi tam yekunlaşıb. Şəhərin ən böyük prospekt və küçələrinə 710 mm-lik politilen borulardan magistral kəmərlər çəkilib. Qidalandırıcı su xətlərinin çəkilməsi, əsas su kollektoru və kanalzasiya xətlərinin yenilənməsi işləri də başa çatıb. Həmçinin podratçı şirkət tərəfindən layihənin əhatə etdiyi köməkçi xəttlər çəkilib və su birləşmələri işləri görülüb.

Orxan Abdullayev - layihənin baş topoqrafı: Dördüncü mərhələ tərəfimizdən həyata keçirilir. Layihəmizə 2017-ci ilin may ayından start verilmişdi. Nəzərdə tutulmuşdu ki, 2019-ci ilin sonlarına yekunlaşacaq.Lakin Azərsu tərəfindən əlavə sifariş olunduğu üçün 2020-ci ilin sonlarına uzadıldı. Hazırda əlavə bölgələr olaraq Gəncənin hərbi şəhərcik, Qırmızı qəsəbə, Abbas Səhət və Totanlının ətrafında müəyyən hissələr olundu. Qazdığmız küçələrdə dərhal asfalt örtüyünün bərpası həyata keçilir ki, vətəndaşların istifadəsi rahat olsun.

Ötən il 5 min kub metr tutumu olan ehtiyat su anbarı tikilib və magistral su xətti ilə birləşdirilib. Anbardan şəbəkəyə qoşulmaq üçün uzunluğu 3 km-ə yaxın magistral su xətləri də çəkilib. Bu anbara yığılan içməli sudan Gəncə əhalisinin 70 min nəfərinin istifadə etməsi nəzərdə tutulub.

Gəncənin su-kanalzasiya xəttinin yenilənməsi layihəsi çərçivəsində şəhərin Əbululla Gəncə küçəsində 6 min kub metr həcmində ehtiyyat su anbarı da inşa olunur. Ehtiyat su anbarının ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulur. Ehtiyat su anbarı təhvil verildikdən sonra anbardan 80 min əhali istifadə edə biləcək.

Görülən işlər çərçivəsində ötən il su-kanalzasiya xətti çəkilən 120-ə yaxın küçə asfaltlanıb. Bu ilin sonuna kimi 300 km su və 256 km kanalzasiya xətti çəkiləcək.