• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 08.01.2020 16:21

Yaş həddinə görə pensiya hüquqları olmayanlara müavinət təyin edilib

KepezTV Player

Bu il yaşa görə əmək pensiyası və yaşa görə müavinət hüququ verən yaşlar arasında uyğunsuzluq artıq aradan qaldırılıb, hər iki sosial təminat növü üzrə yaş hədləri eyniləşdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda yaş həddi 61 il 6 ay olan qadınlar və 64 il 6 ay olan kişilər yanvarın 1-dən yaşa görə müavinət hüququ qazanıblar. Bundan başqa, yeni qanunvericiliyə görə, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların müavinət hüququ qazanmaq üçün yaş həddi hər uşağa görə 1 il azaldılır. Eləcə də, ana vəfat etdiyinə, qadınla nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən kişilərin yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinət hüququ yaranır.