• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 08.01.2020 10:33

Elektromobil avtopilot rejimində drift etməyi öyrənib

Süni zəka texnologiyalarının inkişafı ilə avtomobillər üçün olan avtopilot sistemləri daha geniş imkanlar əldə ediblər. Dynamic Design Lab şirkətinin mühəndisləri maneələrdən keçməklə yanaşı həmçinin drift etməyi bacaran elektromobil yaradıblar. Yeni nəsil avtopilot sisteminin imkanlarını mühəndislər məşhur idman avtomobili olan DeLorean DMC-12-də sərgiləyiblər. Bu avtomoibl çoxlarımıza məşhur "Back to the Future" film trilogiyasından tanışdır.

MARTY adını əldə edən bu elektrikləşdirilən DeLorean modeli ümumi fırlanma anı 7000 Nm təşkil edən iki ədəd elektromühərriki və öncədən GPS koordinatları ilə proqramlaşdırılan avtopilot sistemini əldə edib. İlk cəhddən elektromobil test poliqonunda heç bir konusa və ya maneəyə dəyməyərək testdən uğurla keçib.

Elektromobilin konstruksiyasında onun yerləşdiyi yeri santimetrlik dəqiqliklə təyin etməyi bacaran bir neçə GPS anten yerləşdirilib. Sükanın döndərilməsi, tormoz sisteminin işə salınması, sürət ötürücüsünün dəyişdirilməsi və driftə keçid kimi proseslər elektromobilin konstruksiyasında yerləşdirilən kompüter vasitəsilə reallaşdırılır.