• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2009
— 07.01.2020 20:40

Dünənin güləşçisi, bu günün məşqçisi

KepezTV Player

Azərbaycanda güləşin adı çəkiləndə ilk yada düşən Gəncə məktəbi olur  desək yanılmarıq. Çünki bu milli idman növünün ən tanınmış nümayəndələri məhz bu şəhərdə yetişib. Rusiyada Dağıstan olduğu kimi, ölkəmizdə də Nizami yurdunun təmsilçiləri güləşin qaymaqları sayılır. Özünəməxsus dəsti-xətti ilə seçilən Gəncə güləş məktəbi təkcə idmançıları ilə yox, həm də məşqçiləri ilə də tanınıb, ad çıxarıb.

Onlar arasında Abil İbrahimovu xüsusi qeyd etmək lazımdır. Güləşə olan sevgisi İbrahimovu 9 yaşında bu idmanla məşğul olmağa vadar edib. Ölkə güləşinə böyük idmançılar qazandıran əməkdar məşqçi Elçin Zeynalov yetirməsi olan pəhləvan kiçik yaşlarından etibarən qeyri-adi istedadı ilə həmyaşıdlarından seçilib. Onun güləşlə tanışlığına ətrafındakı insanların da böyük təsiri olub.

Parlaq idmançı karyerası olan Abil İbrahimov yeniyetmə və gənc yaşlarında əlçatmaz zirvələr fəth edib. O, sərbəst güləş üzrə həm Azərbaycan, həm də Qazaxıstan yığmasının bayrağı altında nüfuzlu yarışların qalib və mükafatçısı adına layiq görülüb.

Özünün də dediyi kimi bir müddət Qazaxıstan yığmasının da şərəfini qoruyan İbrahimov sonradan doğma vətəninə qayıdıb. Karyerası boyu aldığı zədələr vaxt keçdikcə ona döşək üzərində çıxış etməyə imkan verməyib və bu səbəbdən də o, idmançı karyerasını başa vurmalı olub. İbrahimovun güləşlə vidalaşmasının digər səbəbi isə.

Onun yetirmələri arasında ən titullu Turan Bayramovdur. Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi haqda müsbət fikirlər söyləyən gənc mütəxəssis onu bu cür xarakterizə edib.

İdman ustası, sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçisi olan Abil İbrahimovun gələcəyə dair planları var. Gənc mütəxəssis doğma şəhərində güləş məktəbi açaraq bu idman növünü Gəncədə daha da inkişaf etdirmək arzusundadı.