• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1832
— 07.01.2020 20:33

İmtahan sessiyasının başlanması ilə əlaqədar görüş

KepezTV Player

Azərbaycan Dövlət Aqrar Universitetində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar görüş keçirilib.İmtahanlara hazırlıqla bağlı görülən işlərdən danışılıb, tələbələrin biliyinin qiymətləndirilməsində ictimai nəzarətin təmin edilməsinin, bu məqsədlə müvafiq əmrlə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlarının, tanınmış təhsil ekspertlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, valideynlərin daxil olduğu ictimai nəzarət qrupunun əhəmiyyəti vurğulanıb. İmtahan prosesinin monitorinqi və qiymətləndirilməsində göstərəcəkləri dəstəyə görə qrupun üzvlərinə təşəkkür ifadə edilib.Görüşdən sonra imtahan prosesini izlənilib, universitetin maddi-texniki bazası, yeni tədris korpusunun tikintisi, tədris-təcrübə təsərrüfatı və digər obyektlərlə tanışlıq olub.