• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2365
— 07.01.2020 20:35

Oğru “isti izlər”lə saxlanıldı

KepezTV Player

Zaqatalada evdən oğurluq edilməsi faktının təfərrüatları məlum olub. Belə ki, Dardoqqaz kəndində yaşayan qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 550 manat pulun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxsin Saatlı rayon sakini 24 yaşlı Sənan Bayramov olduğu müəyyən edilib.Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən Bayramovdan oğurladığı pullar maddi sübut kimi götürülüb.

Nadim Tağıyev müstəntiq: Zaqatala RPŞ-də fakta görə araşdırma davam etdirilir.