• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 07.01.2020 20:25

Narkobaron saxlanıldı

KepezTV Player

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi, onların satışı ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat həyata keçirib.Belə ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz şəkildə narkotik vasitələrin saxlanılması və onun satışı ilə məşğul olan Zaqatala şəhər sakini, əvvəllər də məhkum olunmuş 42 yaşlı Rəşad Hünərbəri saxlanılıb.

Nadim Tağıyev müstəntiq: Qanunvericiliklə müəyyən edilmiş qaydada onun yaşadığı evə baxış keçirilən zaman oradan ümumi təmiz çəkisi 62,27 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.