• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1069
— 07.01.2020 17:45

9 ağac budanıb, 4 ağac isə kəsilib

KepezTV Player

Ötən il Gəncədə 200-ə yaxın sakinin müraciəti əsasında 300-ə yaxın quruyan və təhlükə yaradan ağac kəsilib. Yeni ilin ilk günlərindən Yaşıllaşdaırma təsərrüfatının uşçuləri yenə iş başındadır. Əhali tərəfindən daxil olan şikayətlər əsasında tədbirlər görülür.

Yeni Gəncə qəsəbəsinin  1, 2, 3, 4, 5, 12 və 13-cü binaların qarşısında təhlükəli hesab edilən kanada qovağı ağacları zərərsizləşdirilir. 240 ailənin əsil probleminə çevrildiyindən 9 ağac budanıb, 4 ağac isə kəsilib.Ötən əsrin 80-ci illərində əkilən bu ağacların qol-budağı güclü külək əsəndə sınıb binaların, avtomobillərin eləcə də sakinlərin üzərinə aşıb.

Vidadi Kərimli sakin:Qurumuş ağaclar idi. Bir neçə dəfə bərk küləklər əsəndə qurumuş budaqlar maşınların uşaqların üstünə düşmüşdü. İşıq dirəyini qırmışdı onu gəldilər dəyişdilər çox təhlükəli vəziyyət idi.

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin yaşıllaşdırma şöbəsinin mobil qrupu sakinlərin ərizə ilə müraciəti əsasında ağacları zərərsizləşdirir. Təhlükəsizlik qaydalarına riayət edilərək ağaclar kəsildikdən sonra təyin olunan əraziyə daşınır.

Rasim Əlirzayev Yaşıllaşdırma şöbəsinin mobil qrupunun briqadiri: Həmin ağaclar Gəncə şəhər yaşıllaşdırma idarəsinə daşınır. Oradan Gəncə şəhərində yaşayan qazı olamayan az təminatlı ailələrin ərizələri əsasında həmin ailələrə verilir. Sabah isə Gülüstan qəsəbəsindən, Poçt qəsəbəsindən müraciətlər olub. Təxminən 30-a yaxın ərizəmiz var. Gün ərzində yerinə yetiririk.

Ümumilikdə qanunvericiliyə uyğun olaraq ağacı kəsən fərdi şəxslər inzibati qaydada 3-10 min manat arası, hüquqi şəxlər isə 20 min manata qədər cərimə olunur. Ötən il bu qaydalara əməl etmiyən 5 nəfər fərdi şəxs cərimələnib.