• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1244
— 07.01.2020 17:21

Milad bayramı Gəncədə

KepezTV Player

Provaslav xristianları üçün xüsusi əhəmiyyət daşıyan dini mərasim Gəncədə fəaliyyət göstərən Aleksandr Nevski Rus Pravoslav Kilsəsində baş tutub. Gəncə və ətraf bölgələrdən bura üz tutan pravoslavlar İsa Məsihin mövludu ilə bağlı dualar edib, günahlarının bağışlanmasını diləyiblər.

Kilsəyə gələnlər İsa Məsihin mövludu münasibətilə dini ayinlər yerinə yetirərək  şam yandırıb, dualar edib, xaç suyu içiblər. Kilsənin rahibi pravoslavları müqəddəs bayram münasibətilə təbrik edərək, onlara sülh və sevgi içində yaşamalarını arzu edib. Din xadimi xristianlara ən müqəddəs bayramları olan Miladın keçirilməsi üçün Azərbaycanda yaradılan tolerant şəraitdən söz açıb.

Ayinlər bitdikdən sonra prezident İlham Əliyevin “Milad bayramı” ilə bağlı xüsusi təbriki səsləndirib və mərasim bununla yekunlaşıb.