• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2015
— 07.01.2020 16:42

Şəmkirdə yaşayan Ruslar Milad bayramlarını qeyd edib

KepezTV Player

İsa peyğəmbərin mübarək mövludu ilə əlamətdar olan Milad bayramı ilə əlaqədar Şəmkirdə də bayram edilib. Əsas qayəsi sevgi, sülh olan bayramın əhəmiyyətindən danışılıb. Dünyada tolerantlıq örnəyi, sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınan Azərbaycanda tarixən azsaylı xalqların nümayəndələrinin əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadıqları, fərqli mədəniyyətlərin təmsilçilərinin birlik və həmrəylik nümayiş etdirdiklərinə diqqət çəkilib. Cəmiyyətimizin ayrılmaz üzvləri olan xristian etiqadlı vətəndaşlarımız da millətlərarası və dinlərarası münasibətlərə öz layiqli töhfələrini verərək ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edirlər. Şəmkir rayonunda 18 xalqın 1736 nəfər nümayədisinin yaşadığı vurğulanıb. Təkcə 400-dən çox Rusiyya əsilli şəxs Şəmkir sakinidir. Azsaylı xalqların nümayədləri də onlara göstərilən diqqət və qayğını minnətdarlıqla qarşılayıblar. Milad bayram şən mahnı və rəqslərlə davam edib. Sonda Şəmkir rayon İcra Hakimiyyətinin adından hədiyyələr təqdim olunub.

Zoya Kuropteva Rus İcmasının Şəmkir rayon şöbəsinin sədri: Bu gün burada bir araya gəlməyimiz bizim üçün çox gözəl hal oldu. Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin ilbəil yaxşılaşması bizi sevindirir. Respublikamıızn hər yerində xüsusi ilə də Şəmkir rayonunda daim özümüzə qarşı xüsusi diqqəti hiss edirik. Şəmkirdə yaşayıb yaradırıq. Çox sağ olsunlar, hamımız birlikdə bayramımızı qeyd etdik.

Natiq Hüseyn