• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1459
— 07.01.2020 12:32

Bayram günlərində çağırışların sayı artıb

KepezTV Player

Bayram günlərində düzgün qidalanmamaq Gəncədə təcili tibbi yardıma müraciətlərin sayını artırıb. Qidanın həddindən artıq qəbul edilməsi, yeməklərin qarışdırılaraq qəbulu bəzi xəstəliklərin baş qaldırmasına və diskanfort halların yaranmasına səbəb olub. Qidanın miqdarı insanın itirdiyi kaloriyə uyğun olaraq seçilməlidir. Bunu insanların nəzərə alması vacib sayılır.

Afdandil Quliyev həkim:Xəstəliklərin yaranmasının çox faizi bilavastə qidanın düzgün qəbul eilməməsi nəticəsində olur. Ən xeyirli qidalar bitki, meyvə-tərəvəz, ağartılarıdı. Bundan sonra bədən üçün daha böyük əhəmiyyətə malik olan zülallı qidalardı. Sonra karbohidratlar və çörək məhsullarıdı. Həmçinin bədən üçün ən ziyanlı qida şirniyyatlardı

Düzgün qidalanmamaq nəticəsində Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına bayram günlərində gündəlik olaraq 380-ə qədər çağırış daxil olub.

Marina Həsənova Gəncə şəhər TTTYS-in baş həkiminin müavini:Bayram günlərində bizim milli yeməklərdən istifadə edən xəstələrdə mədə bağırsaq pozğunluğu ilə öd ağrıları ilə bağlı çağırışlar bir qədər artmışdı. İyirmiyə qədər belə çağırışlar olub. Səhətində problem olan xəstələr təbii ki, gərək pəhrizdə olardılar. Pəhrizi saxlamadıqları üçün çağırışlar atmışdı. Spirtli içki qəbul edib ürəkdə problem yaranan xəstələrimiz olub.”

Gülsüm İsmayılova dispetçer:Çağırışları qəbul edirdik, çağırışlar çox oldu. Baş ağrıları, hərarət, ürəklə bağlı kardioqrama istəyirdilər. Bir də təzyiqlə bağlı çağışılar olurdu.

Bayram günlərində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 20 həkim birqadası tərəfindən əhaliyə tibbi yardım göstərib.