• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 31.12.2019 11:57

110 nəfərlik qayğı müəssisəsi

KepezTV Player

Gəncədə Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Müəssisə stasionar şəraitdə sosial xdmətlərə ehtiyac duyan 110 nəfər üçün nəzərdə tutulub və burada həmin insanlar daimi dövlət təminatında yaşayacaqlar. Burada yaradılan müasir şərait ölkədə aparılan sosial siyasətdə yaşlı, ahıl insanlara dövlət qayğısının bariz nümunəsi olaraq qiymətləndirilib. Həssas əhali qruplarından olan vətəndaşlara diqqətin nəticəsi olaraq Gəncə belə bir müəsissənin istifadəyə verilməsi bu şəhərdə və ətraf rayonlarda yaşayan, stasionar şəraitdə sosial xidmətlərə ehtiyac duyan yaşlı insanlar üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. 3 mərtəbəli bina üçün əlavə yardımçı bina tikilib da tikilib. Müəssisədə avadanlıqlar, bütün kommunal sistem də yenilənib, hər bir otaqda normal yaşayış şəraiti yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.