• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1148
— 30.12.2019 20:07

Gəncəli cüdoçu gümüş medal qazanıb

KepezTV Player

Bakı İdman Sarayında kişilər və qadınlar arasında keçirilən cüdo üzrə Azərbaycan çempionatında Gəncə idmançısı mükafatçılar sırasına düşüb. Könül Əliyeva müxtəlif bölgələrdən 332 cüdoçunun mübarizə apardığı Respublika yarışının gümüş medalçısı olub. Əliyeva 48 kq çəki dərəcəsində fərqlənib. Fəxri kürsüyə gedən yolda Könül 4 görüş keçirib. O, finala kimi bütün qarşılaşmalarda qalib gəlsə də, həlledici görüşdə tatamini məğlub tərk edib.