• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 30.12.2019 20:05

Göygöldə 130 məcburi köçkün ailəsi üçün yeni kompleks

KepezTV Player

Göygöl rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi istifadəyə verilib. Hər biri 5 mərtəbəli olmaqla 3 yaşayış binasında 15-i bir otaqlı, 55-i iki otaqlı, 50-i üç otaqlı, 10-u dörd otaqlı olmaqla 130 mənzil var. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdıırlması istqiamətində görülən işlərdən danışılan mərasimdə yeni il ərəfəsində istifayəyə verilən binaların “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində inşa edildiyinə diqqət çəkilib. Yeni kompleksdə Göygöl rayonu ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkün ailələri yerləşdiriləcək. İlk mənzilin açarları Kəlbəcərdən olan şəhid ailəsinə təqdim olunub.

Ədalət Əliyev - şəhid ailəsinin üzvü: Əvvəl yaşadığımız bian qəzalı vəziyyətdə idi. Ailə üzvlərimizin sayı çox olduğundan çətinlik çəkiridk. İndi hal-hazırda bizi dörd otaqlı evlə təmin etdilər.

Rövşən Rzayev - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri: Artıq 300 mindən çox insan müasir qəsəbələrdə yerləşib yaşayırlar və bur proses davam edir. Bunun üçün ölkənin imkanları var. Hər il Dövlət Komitəsinə bunun üçün kifayət qədər vəsait ayrılır. Hər il büdcədən ayrılan vəsait artırılır.

 

Natiq Hüseyn