• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1799
— 30.12.2019 15:39

Gəncənin Kəpəz rayonunda şəhid ailələrinə bayram sovqatı verilib

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə bir qrup şəhid ailəsinə bayram sovqatları çatdırılıb. Xidmətin Gəncə şəhər Kəpəz rayon şöbəsinin əməkdaşları da şəhid ailələrinə baş baş çəkib, bayram münasibətilə təbrik ediblər. Əvvəlcə vətən uğrunda canlarından keçənlərin məzarları ziyarət edilib. Görüşdə Şöbə rəsi polkovnik-leytenant Elşən Abbasov Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının ailələrinin qayğı ilə əhatələnməsinin, onlara əlamətdar günlərdə bayram əhval-ruhiyyəsi yaşatmağın əsas məqsəd olduğuna diqqət çəkib. Görüşlər zamanı növbəti çağırış kompaniyası zamanı həqiqi hərbi xidmətə yollanacaq şəhid ailəsinin üzvlərinə həvəsləndirici mükafat təqdim olunub. Şəhidlərin keçdiyi şərəfli döyüş yoluna toxunan zabitlər qəhrəmanlarımızın heç vaxt unudulmayacğını vurğulaylayıblar. Görüşdə şəhid ailələrinin müraciət və təklifləri dinlənilib qayğıları ilə maraqlanılıb. Bu cür tədbirlərin digər əlamətdar günlərdə də ənənəvi olaraq davam etdiriləcəyi diqqətə çatdırılıb. Sonda ailələrə bayram sovqatları təqdim olunub.

 

Natiq Hüseyn