• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1542
— 30.12.2019 12:26

Şəmkirdə min ailəyə bayram sovqatı paylanılıb

KepezTV Player

Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Qarabağ müharibəsi, Əfqanıstan və Çernobl əlillərinə, veteranlara və aztəminatlı ailələrə, eləcə də şəhərin təmizliyi işlərində fəal iştirak edənlərə bayram sovqatı paylanılıb. Ümumilikdə 1000-ə yaxın ailəyə ət və müxtəlif növ meyvələr təqdim olunub. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının ailələrinin, qazilərin və müharibə veteranlarının, imkansız ailələrin sosial müdafiəsi ilə bağlı həyata keçirilən bu cür tədbirlər yüksək qiymətləndirilib. Qarabağ müharibəsi əlilləri, şəhid ailələrinin və aztəminatlı ailələrin nümayəndələri əhalinin həssas təbəqələrinə göstərilən diqqət və qayğı, onların problemlərinin həlli istiqamətində görülən işlərə görə minnətdarlıqlarını ifadə ediblər. Şəmkir rayonunda bu cür aksiyalar ənənəvi xarakter daşıyır. Aksiyalarda yerli icra nümayədələri və bələdiyyələrlə yanaşı, rayonda yeni yaradılan xeyriyyəçilər birliyi də fəal iştirak edir.

Natiq Hüseyn