• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2172
— 29.12.2019 20:30

SOS uşaq kəndinin sakinləri bayramları qeyd ediblər

KepezTV Player

SOS uşaq kəndinin əsas missiyası valideyn himayəsindən məhrum olan uşaqları ailə modelinə mümkün qədər yaxın olan bir qayğı ilə əhatə etməkdir. Burda hər il bayramlar müxtəlif idarə və müəssisələrin kollektivləri ilə ayrı-ayrı günlərdə böyük təntənə ilə qeyd olunur. Məqsəd isə balaca fidanların üzündə təbəssümə səbəb olmaqdır.

Yeni il əhval ruhiyyəsi ilə məclisə qonaq gələn Şaxta Baba Sos kəndinin sakinlərinin çöhrəsində təbəssümə səbəb oldu. Balacalar isə öz məharətlərini rəqslərlə nümayiş etdirib bayram şənliyinə rəng qatdılar.

Hər kəs uşaqların daha yaxşı böyüməsi, Vətənə layiqli şəkildə yetişməsi üçün əlindən gələni əsirgəməməlidir. Onlara qayğı göstərmək hər birimizin borcudur. Bu fidanlar dövlətin ən dəyərli sərvəti, xalqın gələcəyidir. Gələcəyimizi qorumaq isə hamımızın borcudur.