• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 29.12.2019 17:25

Bayram ərəfəsində şəhid ailələri ziyarət edilib

KepezTV Player

Tovuzda da 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gün və Yeni il bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tovuz rayon şöbəsinin kollektivi şəhid ailələrinin qonağı olub, onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıb. Şöbənin rəisi Ceyhun Əliyev şəhid ailələri ilə görüşdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən oğullarının ailələrinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. Prezident İlham Əliyevin şəhid ailələri ilə görüşündə onlara nə qədər yüksək dəyər verdiyi bir daha xatırlanıb. Dövlət başçısının Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan hərbi qulluqçuların ailələrinə, vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi haqqında sərəncamı bu qayğının bariz nümunəsi kimi dəyərləndirilib. Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıyını yüksək qiymətləndiriblər. İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına və şəhidlərin qanının yerdə qalmaycağına əminlik ifadə edilib.  Sonda şəhid ailələrinə bayram sovqatı təqdim edilib.

Natiq Hüseyn