• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 29.12.2019 17:18

Şəhid ailələri və Qarabağ qaziləri ilə görüş olub

KepezTV Player

Samuxda rayon rəhbərliyi 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələri və Qarabağ əlilləri ilə yaşadıqları mənzildə görüşüb. Respublikanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən vətən övladlarının ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan dövlət siyasətindən danışılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən, aparılan köklü islahatlardan söz açılıb. Əhalinin həssas kateqoriyasına göstərilən diqqət və qayğıdan, onların problemlərinin həlli istiqamətində görülən işlərdən bəhs olunub. Bu siyasətin xalqımız tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Sonda şəhid ailələrinə və Qarabağ qazilərinə bayram sovqatı paylanılıb. Ümumilikdə bayramla əlaqədər olaraq Samux rayonunda 400-dən çox  ailəyə sovqat verilib.

Natiq Hüseyn