• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 994
— 29.12.2019 16:20

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi

KepezTV Player

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Yeni il şənliyi keçirilib. Bayram tədbirində UAFA-nın Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin&nbsp;100-ə yaxın üzvü iştirak edib. Şənlikdə balacalar müxtəlif<br>səhnəciklərlə öz məharətlərini nümayiş etdiriblər. Mərkəzdə könüllü fəaliyyət göstərən incəsənət dərnəyinin üzvləri xüsusi aktivliklə diqqət çəkiblər. Tədbirdən sonra uşaqlara hədiyyələr təqdim olunub. Şənliyin təşkil edilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə intqerasiyasını təmin etmək, onların bacarıq və istedadlarını&nbsp;üzə çıxarmaq olub.

Rəzalə Abbasova - UAFA-nın Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru: Tədbirdə gördüyünüz uşaqlar artıq ikinci dəfədir ki, səhnəyə çıxırlar. Bu uşaqların bacarıqlarının səhnədən görmək valideynlər üçün ən böyük hədiyyədir.