• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2349
— 29.12.2019 13:29

Şagirdlər yol nişanları ilə bağlı maarifləndiriliblər

KepezTV Player

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində “Danışan yol nişanları” adlı tədbir keçirilib. İştirakçılar əvvəlcə mərkəzin şagirdlərinin yol nişanları haqqında çəkdikləri rəsmlərlə tanış olublar. Respublikanın 7 regionunun Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin direktorları və metodistlərinin, müəllim və şagirdlərinin iştirak etdiyi tədbirin təşkilində əsas məqsəd məktəblilər arasında yol hərəkəti haqqında qanunun tələbləri barədə informasiya yaymaq, onları maarifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaqdır. Bu səbəbdən azyaşlıları, məktəbliləri maarifləndirməyə çox böyük ehtiyac var. Sonra mərkəzin şagirdləri hazırladıqları kompozisiya ilə çıxış ediblər. Şagirdlərin ifasına mahnılar, nümayiş etdirdikləri müxtəlif səhnəciklər alqışlarla qarşılanıb. Sonda Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyinə fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

Sevinc Ələkbərova - Gəncə Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru: Biz daima uşaqlarla maarifləndirici söhbətlər aparırıq, testlər edirik. Testlərdə uşaqlara yol hərəkəti nişanları haqqında suallar verilir. Sonda qalib gələn uşaqları mükafatlandırırıq.

Elşad Məmmədov - Gəncə ŞBPİ DYPŞ-nin əməkdaşı: Dövlət Yol Polis şöbəsinin əməkdaşları mütamadi olaraq Gəncə şəhərinin inzibati ərazisində mövcud olan bütün təhsil müəsisələrində tələbə və şagirdlərlə görüşlər keçirir. Tərəfimizdən bukletlər, yol hərəkəti haqqında qanun kitabları paylanılır. Məqsədimizdə az yaşlı uşaqların yol hərəkəti qaydalarına riayət etməsi və ağır yol nəqliyyat hadisələrindən uzaq qalmaqlarıdı.