• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1951
— 28.12.2019 21:08

Gəncəli olimpiya çempionları İstanbula yollanıb

KepezTV Player

Qardaş ölkəyə yollanan heyətdə Gəncə güləş məktəbinin iki yetirməsi də yer alıb. Olimpiya çempionu Toğrul Əsgərov və yeniyetmələr arasında eyni titulu daşıyan Turan Bayramov millinin tərkibində Türkiyə toplanışına qatılıb. Xatırladaq ki, Bakıdakı hazırlıq prosesində yığmanın sıralarında gəncəli güləşçilərin sayı 4 olsa da, məşqçilər korpusu bəzi səbəblərdən Ruslan Qasımovla Ramiz Həsənovu səfərə aparmayıb. 

Yığmanın ən təcrübəli və aparıcı güləşçilərindən olan Toğrul Əsgərovun zədəsini arxada qoyaraq son aylarda təlimlərdə iştirak etməsi xoş olaydı. Paytaxt toplanışdan öncə yığmanın Dağıstan hazırlığında da iştirak edən güləşçi 3-4 ayda səylə çalışır və demək olar ki, əvvəlki performasına yaxınlaşır.

Onun gənc komanda yoldaşı son vaxtlar millinin tam hüquqlu üzvünə çevrilən Turan Bayramov isə artıq yığmada mövqeyini bərkidib. Dünya və Avropa çempionu Hacı Əliyevin yoxluğunda Bayramovun gələn il Avropa çempionatında iştirakı gözlənilir.

Millimiz yanvarın 13-dək Türkiyədə həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində işləyəcək. Qeyd edək ki, toplanışın yekununda millimizin üzvləri Yaşar Doğunun xatirə turnirində mübarizə aparacaq.