• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 28.12.2019 20:48

Şəmkirlilər Həmrəylik Gününü təntənə ilə qeyd edib

KepezTV Player

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Şəmkirdə tədbir keçirilib. İl ərzində rayonda sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, əldə olunan nailiyyətlərdən danışılıb. Dövlət proqramlarının uğurla icrası nəticəsində inkişafa nail olunduğu vurğulanıb. Aqrar sektorda müşahidə olunan məhsul bolluğu rayon üzrə göstəricilərin yüksək olduğunun bariz nümunəsi kimi qiymətləndirilib. Yerli bələdiyyələrin fəaliyyətinin təkminləşdirilməsi ilə iqtisadiyyatda əldə olunan uğurlar prespektiv imkanlar yaradıb. Tədbirdə yeni ilin atrubutları sayılan Şaxta baba və Qar qızın təbrikləri səslənib, rayonun sosial-iqtisadi inkişafında və ictimai həyatında fəal rol oynayan bir qrup şəxs fəxri fərmanla təltif edilib. Müxtəlif nominasiyalar üzrə qaliblərə Şəmkir Rayon İcra Hakimiyyətinin xüsusi mükafatları təqdim olunub.  Tədbir musiqili proqramla, maraqlı viktorinalarla davam edib.

Natiq Hüseyn