• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 854
— 28.12.2019 20:44

Bayram günlərində gediş-gəlişdə problem olamayacaq

KepezTV Player

Gəncə Dəmir Yol Vağzalından hər gün müxtəlif saatlarda Böyük Kəsik-Bakı, Tbilisi-Bakı eləcə də Gəncə-Bakı sürət qatarı hərəkət edir. Vağzal bayramlarla bağlı gücləndilmiş iş rejiminə keçib. Gəncədən Bakıya və əks istiqamətə gələn sərnişinlərin sıxlığı nəzərə alınaraq  qatarlara əlavə vaqonlar qoşulub. Sərnişinlər biletləri rahat şəkildə kassadan həmçinin əvvəlcədən onlayn qaydada əldə edə bilərlər.

Elçin Əliyev sərnişin:Bakıya gedirəm. Gəldim kassaya müraciət elədim biletimi aldım. Heç bir problem yoxdu.

Fərhad Baxşıyev kassir:Sərnişin sıxlığına görə rəhbərliyimiz tərəfindən qatarlara əlavə vaqonlar qoşulub. Sərnişinlərin bizlə bağlı heç bir problemi yoxdu. Hamını yola salırıq.

Dəmiryol vağzalında olduğu kimi Gəncə Beynəlxalq Avtovağzalında da sıxlıq yaşanmır. Avtovağzaldan hər gün müxtəlif saatlarda respublikanın 18 şəhər, rayonuna, kənd və qəsəbələrə həmçinin Gürcüstan və Rusiyaya avtobuslar hərəkət edir. Avtobusla mənzil başına çatmaq istəyənlər də kassalara yaxınlaşaraq biletala bilirlər.

Nofəl Alışanov sərnişin:Gəldim kassadan bilet aldım, heç bir problem yoxdu. Xidmət yaxşıdı, sağ olsunlar.

Nurlana Rəhimova kassir:Bayramla əlaqədar olaraq bütün istiqamətlərə bilet satışımız var. Sərnişinlər rahatlıqla biletlərini alıb istədikləri yerə gedə bilərlər.

Namiq Həsənov Gəncə Beynəlxalq Avtovağzalının direktoru:Yeni illə bağlı olaraq Gəncə Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində işləyir. Sərnişinlərin sıxlığı nəzərə alınaraq əgər ehtiyac olarsa əlavə avtobuslarımız var, xəttə buraxmağa hazırdı.  Sərnişinlər rahat kassadan bilet alıb gedə bilərlər.

Bayram günlərində təyyarədən istifadə edən sərnişinlər də problem yaşamayacaq. Gəncə Beynəlxalq Hava Limanından gündəlik daxili və xarici reyslərin qəbulu və yola salınması qrafik əsasında yerinə yetiriləcək. Həmçinin sərnişinlər bilet almaqda da çətinliklə üzləşməyəcək.