• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2032
— 28.12.2019 20:36

Fermerlər daşınan əmlaklarını girov qoymaqla kredit ala bilərlər

KepezTV Player

Hazırda ölkədə kənd təsərrüfatı ilə məşğul olan sahibkarlıq subyektlərinin kredit məhsullarına əlçatanlığı lazımı səviyyədə deyil. Rəsmi araşdırmalara görə, fermerlərin çox az hissəsi kireditlərdən istifadə edir. Bu da onu göstərir ki, mövcud kredit resursları  bazarının fermerlər üçün əlçatanlığı təmin olunmayıb. Bu fikirləri  Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirib.Mərkəz direktorunun sözlərinə görə, strateji yol xəritəsi çərçivəsində fermerlər üçün innovativ kreditləşmənin tətbiqi nəzərdə tutulub. Hazırda kənd təsərrüfatı nazirliyi və aidiyyatı qurumlar bu istiqamətdə müzakirələr aparır.

Firdovsi Fikrətzadə Aqrar Tədqiqatlar Mərkəzinin direktoru:Girovsuz kredit mexanizmləri iə bağlı artıq islahatlar aparılır ki yalnız daşınmaz deyil eyni zamanda daşınan əmlakın girov qoyulması mexanizmi bilirsiz ki, fermerlərdə daşınmaz əmlakda daha çox daşınan əmlakları var onların heyvanları var, anbarlarında məhsulları var, və sayrı. Bu tip alətlərin ətbiq olunması istiqamətində iş aparılır. Bu işlər fermerlərin daha çox kreditlərə əlçatanlığının yaradıcısıdır. Çünki mövcud şərtlər fermerlerin kredit ala bilməsi üçün kifayət deyil.