• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1625
— 28.12.2019 16:35

Daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

KepezTV Player

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 94 şəhidin 160 vərəsəsinə birdəfəlik ödəmənin- 11 min manatın verilməsinə dair qərar qəbul edib. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 minədək şəhidin 18 minədək vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faiz icra olunub.