• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 28.12.2019 16:30

Gəncədə əhaliyə ödənişsiz hüquqi yardım göstərilib

KepezTV Player

“Vəkil günü” münasibəti ilə Gəncədə hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün ödənişsiz hüquqi xidmətlər göstərilib. Vəkillərin peşə bayramı günü reallaşan aksiyada məhkəmələrə iddia ərizələrinin yazılması, apellyasiya və kassasiya şikayətlərinin verilməsi, müxtəlif təşkilatlara sorğuların göndərilməsi kimi xidmətlər göstərilib. Azərbaycan respublikası Prezidentinin 3 gün əvvəl imzaladığı sərəncama əsasən qeyd edilən vəkil günündə baş tutan aksiyaya maraq böyük olub. Bu kimi çətinlikləri olan şəxslər vəkillərə müraciət etməklə adiyyatı üzrə müraciətlərinin düzgün ünvanlanmasına nail olublar. Aksiya zamanı hüquqi məsləhət xidməti də göstərilib. Gəncə şəhər Vəkil Bürosunda aztəminatlı əhaliyə 30 vəkil tərəfindən ödənişsiz hüquqi yardım göstərilib.

Elman Dəmirov şəhər sakini: Mənim Samux rayonunun Alabaşlı kəndində oğluma məxsus torpaq sahəsi var.Sahəsi 7 sotdur.Oğlum dünyasını dəyişib.İndi sənədləşməni nəvəmin adına etmək istəyirdim.Gəldim, vəkillərə müraciət etdim.Müraciətimi qəbul etdilər.Köməklik göstərdilər.

Zərniyar Abdullayeva Vəkil:Müraciət mülk mübahisəsi ilə bağlıdır. Mülkü bölmək istəyirlər. Sənədlərin hazırlanması, materialların toplanması ilə bağlı hüquqi yardım göstərəcəyik. Ödənişsiz olaraq.

Camal Əliyev vəkil:Digər peşə sahiblərinin indiyə qədər peşə bayramı dövlət səviyyəsində qeyd edilsədə, bugünə qədər vəkillərin peşə bayramı qeyd edilməyib.Bu gün biz vəkillər də, çalışırıq ki, bizə göstərilən etimadı doğruldaq və üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək.Gəncə şəhər Vəkil Bürosunda ayda iki dəfə ödənişsiz xidmət göstərilir.Ancaq bu gün də, peşə bayramı münasibətilə xidmətlər ödənişsiz olacaq.