• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1620
— 28.12.2019 12:34

Gənc alimlər fikir mübadiləsi aparıb

KepezTV Player

Gəncədə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elim İnnavasiyalar Mərkəzi ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə konfrans keçirilib. “Aqrar sahədə innovasiyaların tətbiqində gənc alimlərin rolu” adlı elmi-praktik konfransda respublikanın 7 elmi tədqiqat institutunun alim və elm adamları iştirak edib. 2014-cü ildən  gənclər arasında elmi işlərin koordinasiyası olunması məqsədi ilə yaradılan Gənc alimlərin elmi şurası indiyə kimi bir çox yerli və beynəlxalq təşkilatların keçirdiyi tədbir,  konfranslara ev sahibliyi edib. Çıxışlarda bu gün aqrar sahənin inkişafında innovasiyaların tətbiqinin vacibliyi vurğulanıb. Gənc alimlər arasında fikir mübadiləsinin bu sahənin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.

Faiq Xudayev Aqrar Elm və İnnovasiya Mərkəzinin Gənc Alimlər Şurasının sədri:Kənt Təsərrüfatı Nazirliyi olaraq gənc kadrların yetişməsi və hazırlanması xüsusi bir proqram var. Bu gün ənənə davam edir. Bizim gənc alimlər şurasının bir çox üzvləri Avropa ölkələrində, Türkiyədə təlim və tədbirlərdə iştirak edirlər.

Sahib Cabbarov Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nun direktor müavini:Biz artıq son illər dokturanturayaya, disentaturayaya gənc alimlərin qəbulundə nəticələr əldə etmişik. ADAU-nu bitirən gəncləri işə qəbul edərək onalrın elmi tədqiqat işlərinə marağını artırmağa çalışırıq.