• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2210
— 27.12.2019 16:59

Anomal keçən havanın kənd təsərrüfatına təsiri

KepezTV Player

Havaların anomal keçməsi kənd təsərrüfatı bitkilərinin normal yetişməsinə mane olur. Belə havalar həm də ziyan vericilərin və xəstəliklərin inkisafına kömək edir. Bəs mütəxəssislər bu sahədə hansı tədbirləri görürlər?

Ələmdar İmamquliyev - fermer: Qış giribdi amma qışdan əsər əlamət yoxdu. Nə yağış yağmır, nə də şaxtalar yoxdur. Quraqlıqdı bu da bizim gələcək məhsuldarlığımıza mənfi təsir edir.

Havaların quraq keçməsi eyni zamanda yazlıq əkinlərin şumlanması zamanı da müəyyən problemlər yaradır. Çünki lazımi nəmliyin olmaması gəmiricilərin artmasına şərait yaradır.

Sahələrdə indiki halda gəmiricilərə qarşı mübarizəni kütləvi dərmanlama formasında aparmaq vacib sayılır. Əks təqdirdə zərərvericilərin fəal fazada fəaliyyətinin qarşısını qar, şaxta belə ala bilməyəcək.