• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 27.12.2019 17:08

Yeni texnikalar Gəncə küçələrində

KepezTV Player

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi üçün nəzərdə tutulan 57 texnikadan 55-i artıq qarajdadır. Onlardan da bir hissəsi marşrut xətti üzrə xidmət göstərir. Qaraja daxil olan yeni texnikanın əksər hissəsi təmizlik şöbəsinə, yerdə qalan texnika isə İşiqlandırma, təmir-bərpa və tikinti, Yaşıllaşdırma şöbələrinə aiddir. Fövqaladə hallar yarandıqda bunun üçün xüsusi maşınlar da nəzərdə tutulub. Birliyin yenilənən texnikaları Rusiya, Belarus və Gəncə istehsalıdır. Şəhərin təmiz və səliqəli saxlanması üçün yeni texnika ilə bərabər köhnə maşınlardan da hələlik istifadə olunur.