• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 27.12.2019 15:52

Yeni bağça binası istifadəyə verilib

KepezTV Player

Şəmkir şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan  5 saylı körpələr evi uşaq bağçası istifadəyə verilib. Burada 4 qrupda 75 uşağın müasir tələblər səviyyəsində təlim-tərbiyyə olunmasına şərait yaradılıb. Şəmkir şəhərində 7 tərbiyyə müəssisəsi fəaliyyət göstərir ki, onlardan 4-ü əsaslı təmir olunub. Ötən il Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 8 saylı körpələr evi uşaq bağçası üçün də yeni bina inşa edilib. Gələn il rayon mərkəzində daha iki uşaq bağçası üçün yeni binanın inşası nəzərdə tutulub.

Nəhayət Abbasova – valideyn: Yeni bağçanın bu cür gözəl şəraitdə olması bizi çox sevindirir. Şəmkir əhalisi üçün elə biz valideynlər üçün də çox sevindirici bir haldır. Çünki mən artıq işdə olanda övladım üçün narahat olmayacam. Çox sevinirəm.

Aybəniz Əliyeva - Şəmkir şəhər 5 saylı körpələr evi uşaq bağçasının müdiri: Bu gün bu gözəl bağçada biz ruh yükəskliyi ilə işə başlamışıq. Öz növbəmizdə söz veririk ki, bu fidan balaların körpələrimizin inkişaf etməsində və formalaşmasında əlimizdən gələni əsirgəməyəcəyik. 

Natiq Hüseyn