• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1549
— 27.12.2019 15:57

Samuxda Həmrəylik Günü qeyd olunub

KepezTV Player

Samux rayonunda 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş tədbir keçirilib. Tədbirdə rayon fəalları ilə yanaşı Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk də iştirak edib. Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi geniş qeyd olunmasında dahi rəhbər Heydər Əliyevin tarixi rolu diqqətə çatdırılıb. Bayram tədbirində rayonda faəliyyət göstərən Uşaq Musiqi Məktəblərinin kollektivləri, məktəbəqədər tərbiyə müəssisəsinin üzvləri geniş konsert prorqamı ilə çıxış ediblər. Sonda 2019-cu ildə müxtəlif idman yarışlarında və müsabiqlərdə nailiyyət qazanan şəxslərə Samux rayon İcra Hakimiyyətinin mükafatları təqdim  olunub.

Zəki Öztürk - Türkiyənin Gəncədəki Baş Konsulu: 31 dekbar Həmrəylik günü təkcə Azərbaycan deyil eyni zamanda Türkiyə-Azərbaycan arasındaki əlaqələri də möhkəmləndirib. İki ölkə arasında viza rejiminin ləğvindən sonra yaxın vaxtlarda təkcə ümummvətəndaş pasportu ilə deyil  şəxsiyyət vəsiqələsi ilə də səyahətin reallaşması birliyimizi bərabərliyimizi dahada möhkəmləndirəcək.

Natiq Hüseyn