• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3164
— 08.11.2019 20:15

Mədəni irs festivalı çərçivəsində sərgi

KepezTV Player

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə keçilirən II “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində Gəncədə rəsm və foto-sərgi təşkil olunub. Məhsəti Gəncəvi Mərkəzində baş tutan sərgidə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin rəhbər müavini Denis Daniilidis, Niderlandın Azərbaycandakı səfiri Onno Kervers, Moldovanın Azərbaycandakı səfiri George Luka, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İştirakçıları nümayiş olunan rəsm əsərləri və fotolarla tanış olublar. II “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində Gəncədə “Aedos” mahnı kollektivinin konserti, “Mədəni irs” barədə müzakirə və “Sunu” Meksika filminin nümayişi olacaq.

Onno Kervers - Niderlandın Azərbaycandakı səfiri: Mənim çəkdiyim şəkillərdən 24-ü ağ-qaradır, onlar Bakıdadır. Bu sərgiyə 7 fotomu gətirmişəm. Şəkillərdə oradakı qədim məhəllə Sovetskini, Hamamı çəkmişəm. Fikrimcə, bunların hamısı vacib və gözəl kompozisiyalardır.