• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 27.12.2019 11:01

BMW səkkiz eksklyuziv M8 modelini hazırlayıb

M8 Competitionun, Gran Coupe seriyalı modeli ,konseptdən kuzovun işıqlandırılmadan asılı olaraq yaşıldan boz-maviyə dəyişə biləcək qeyri-adi rəngini, həmçinin tarixi BMW yarış avtomobillərinə ithaf olunmuş fənərlərin sarı işıqlandırılmasını "miras" olaraq alıb.

Xüsusi seriyadan olan bu model orijinal bürünc rəngli dekora və xüsusi dəri ilə üzlənmiş oturacaqlara sahibdir. Adi BMW M8 Gran Coupe First Edition modeli ilə arasındakı fərq isə dayaqlara, baqaj qapağına, ön oturacaqların başlıqlarına və kilimlərə vurulmuş “1 of 8”loqotiplərindən, həmçinin kandarlara bərkidilən BMW Inividual Manufaktur yazılarından ibarətdir.

Texniki baxımdan, buqələmun rəngli sedanlar adi M8 Competition modellərindən fərqlənmir:  Sedanlar 625 at  qüvvəsi və 4.4 litrlik V8 TwinTurbo mühərriki, 8-pilləli avtomatik ötürmələr qutusu və M xDrive tam ötürmə sistemi ilə təchiz edilib. M8 Competition Gran Coupe modeli 100 km/saatı 3,2 saniyəyə toplayaraq, 305 km/saatda maksimal sürət həddinə çatır.

Eksklyuziv BMW M8 Competition Gran Coupe modelinin ABŞ-dakı satış qiyməti təxminən 230 min dollar olacağı gözlənilir. Bu, eyni mühərrikə malik olan BMW M5 Competition modelinin qiymətindən iki dəfə bahadır. Beləliklə, xüsusi sedanlar hələlik ən bahalı BMW avtomobili sayılır.