• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1871
— 26.12.2019 20:47

Kapitandan “Kəpəz”ə qiymət

KepezTV Player

Qış fasiləsinədək 12 oyunda meydana çıxan Gəncəlilər bu qarşılaşmalardan 5-də qələbə, 3-də heç-heçə, 4-də isə məğlub olub. Bu nəticələrə əsasən 18 xal toplayan “Kəpəz” eyni xala malik 3 komanda ilə birlikdə 5-ci 8-ci yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Keçən ilin eyni dövrü ilə müqayisədə “Kəpəz” mövqeyini xeyli yaxşılaşdırıb. Nizami yurdunun komandasının irəliləyişində təbii ki, heyətdəki futbolçuların rolu danılmazdır. Komandanın kapitanı Əli Səmədov gəncəlilərin ilk dövrədəki çıxışını belə dəyərləndirib.

Komandanın aparıcı simalarından olan yarımmdüafiəçi ilk dövrədə öz oyununa da münasibət bildirib.

Komandanın gələn il Premyer Liqaya yüksələcəyi xəbəri hamı kimi oyunçuları da sevindirməyə bilməz. Bu haqda da fikirlərini bölüşən Səmədov “Kəpəz”in yüksək dəstəyə qayıtmasını çox arzuladığını deyib.

Qeyd edək ki, 1-ci divizionda 2-ci dövrəyə fevralın 6-da start veriləcək. Yeni ilin ilk görüşündə “Kəpəz” səfərdə MOİK-in qonağı olacaq.