• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 26.12.2019 20:35

Məntəqələrdə yaşanan problemlər araşdırılacaq

KepezTV Player

Gələn il fevralın 9 -da keçiriləcək növbədənkənar parlament seçkisinə qatılmaq üçün 1329 nəfər müraciət edib. Mərkəzi Seçki Komissiyasının  sədri  Məzahir Pənahov deyib ki, onlardan 1042 nəfərinin namizədliyi artıq təsdiqlənib. 829 nəfər imza vərəqələrini götürüb, 60 nəfər qaytarıb. Dekabrın 23-də keçirilən bələdiyyə seçkisi zamanı qanun pozuntularının baş verdiyi məntəqələrin də sayı açıqlanıb. Məzahir Pənahovun sözlərinə görə, belə hallar 9 bələdiyyə üzrə 20 məntəqədə qeydə alınıb. Bu da 0,5 faizdən bir az çox deməkdir. Komissiya sədri seçki zamanı vətəndaşların  məntəqələrdə qarşılaşdığı problemlərin həlli məsələsindən də danışıb.