• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 26.12.2019 16:23

Oğurluq edən keçmiş məhkumlar tutulublar

KepezTV Player

Gəncədə mağazadan oğurluq edən keçmiş məhkumlar tutulublar.Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 9-da Gəncə şəhəri ərazisindəki mağazaların birindən 2560 manat dəyərində tütün məmulatı, spirtli içki və geyim əşyaları və pul oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – E.Talıbov və Z.Əliyev saxlanılıblar. Araşdırma aparılır.