• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 26.12.2019 16:33

Piyadanı vurub qaçan sürücü saxlanıldı

KepezTV Player

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. Belə ki, dekabrın 20-də saat 7 radələrində Gəncə şəhəri İ.Qayıbov küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini F.Zeynalova vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.Nizami Rayon polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “ZİL” markalı avtomobilin sürücüsü E.Ələkbərov saxlanılıb.