• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1232
— 25.12.2019 15:53

Vətəndaşların 50 min manata yaxın pulunu mənimsəyib

KepezTV Player

Bakının Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Vüsal Məmmədov tutulub. Müəyyən edilib ki, V.Məmmədov bir neçə ay əvvəl Nəsimi rayonu ərazisində ofis açaraq müxtəlif vasitələrlə, o cümlədən sosisal şəbəkələrdə xaricdə yüksək məvacibli iş elanları verməyə başlayıb. Müraciət edən şəxsləri Almaniya, Çexiya, Polşada yerləşən şokolad fabrikləri, Norveçdəki balıq fabriki, Estoniyada yerləşən avtomobil zavodunda işlə təmin edəcəyinə söz verərək onları dələduzluq yolu ilə aldadıb. Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Nəsimi Rayon Polis İdarəsinə, ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.