• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 25.12.2019 15:58

İrandan ölkəyə narkotik gətirən qadın saxlanıldı

KepezTV Player

Paytaxtın Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşları Bakı sakini İlhamə Kərimovanı metronun Həzi Aslanov stansiyasının yaxınlığında saxlayıblar. Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan tiryək aşkar edilərək götürülüb.Kərimova narkotiki bir müddət əvvəl İrandan Azərbaycana daxili orqanında və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib. Faktla bağlı cinayət işi başlanılıb.