• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 25.12.2019 11:02

Gözlənilən 9X smartfonları artıq satışda

HONOR 9X smartfonları artıq satışa çıxarılıb. Smartfonun əsas üstünlüklərdən biri hərəkətli selfi kamerasının olmasıdır. Kameranın hərəkət müddəti 1.3 saniyə təşkil edir, üz cizgilərinin təyini üçün isə cəmi 1 saniyə kifayətdir. HONOR 9X smartfonu üç əsas kamera ilə təchiz olunub. Onlardan biri 48 MP, digərləri isə 8 və 2 MP-dir. Yüksək keyfiyyətli çəkiliş imkanlarına malik HONOR 9X ilə həm gündüz, həm də gecə gözqamaşdırıcı, fərqli şəkillər ərsəyə gətirmək mümkündür.

Yaddaş imkanlarına görə də model öz sələflərini qabaqlayır. HONOR 9X smartfonunun operativ yaddaşı 4 GB, daxili yaddaşı isə 128 GB-dır. Smartfon Google Android 9 proqram təminatı ilə işləyir.

Maksimal ekran parlaqlığı ilə video izləmə müddəti 8 saat, oyunlarla əylənmək müddəti 6 saat 20 dəqiqə, iş rejimində ekranın işıqlanması isə 5 saat təşkil edir. Ayrılıqda isə 108 saat musiqi dinləmək, 28 saat danışmaq, 10 saat oyunlarla əylənmək və 22 saata kimi video izləmək mümkündür. HONOR 9X təxminən 2 saat 20 dəqiqə ərzində şarj olunur.