• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1708
— 24.12.2019 20:35

Azyaşlı olan evdə hevyan saxlamaq düzgündürmü?

KepezTV Player

Sosial şəbəkələrdə tez-tez rastımıza çıxan bəzi görüntülərdə uşaqların çəkinmədən canlılarla ünsiyyətdə olduğunu görürük. Əksəriyyətdə təəccüb doğuran həmin kadrlar, ağıllarda görəsən uşağa bir xələl yetirməz ki, sualı yaradır. Ümumiyətlə, son vaxtlar evdə heyvan saxlayanların sayı artıb. Bəs uşaq olan evdə heyvan saxlamağın hansı nəticələri ola bilər? Bu barədə mütəxəssislər nə deyir? Sıradakı video-materialımız bax elə bu mövzunu əhatə edir, izləyək.

Samir Kərimov zoo mağazada satış nümayəndəsi: Ümumiyyətlə, evdə hansı heyvan saxlanırsa saxlansın baytar müayinəsindən keçirilməlidir...

Lalə Quliyeva ADAU-nun Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin tələbəsi: Xüsusilə, onların qidasına, saxlanma şəraitinə diqqət etmək lazımdır.

Gigiyenik normaların tam gözlənilməsi üçün onları xüsusi evciklərdə saxlamaq daha məqsədəuyğundur. Peyvəndləmə, parazit əleyhinə sprey və dərmanlardan istifadə isə diqqət ediləsi əsas nüanslardandır. Çünki məhz bu faktorlar azyaşlıların ev heyvanları ilə təması zamanı hər hansı xəstəliyə tutulma riskini minimuma endirir.

Gülçin Məmmədova ADAU-nun Baytarlıq Təbabəti və Zoomühəndislik fakültəsinin dekan müavini: Onlar vaxtı-vaxtında peyvənd olunmalıdır. Bunun özü onlardan gələcək təhlükəni uşaqlardan qorumaq üçün vacibdir. Ailə uşaqlara heyvanları sevməyi aşımalıdır.

Evdə heyvan saxlayanların ən çox yol verdiyi səhvlərdən biri qidalanma ilə bağlıdır. Baytarların sözlərinə görə, canlıların yaş dövrünə uyğun olmayan qidaları qəbul etməsi doğru deyil. Mövsüm dəyişən zaman tük tökülməsi halları artdığı üçün azyaşlı olan evdə, quş və dekorativ heyvanların saxlanması daha əlverişlidir. Amma istənilən halda, evdə heyvan saxlanılması uşaqlara psixoloji cəhətdən müsbət təsir bağışlayır. Onlarda özünəinam formalaşdırır, ətrafdakılara qarşı daha həssas, məsuliyyətli olmağı öyrədir.